Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

ASTANA PROSESİ:Rusiya-Türkiyə-İran alyansı Suriyada Amerika qüvvələrini oyundan qovur – Təhlil

ASTANA PROSESİ:Rusiya-Türkiyə-İran alyansı Suriyada Amerika qüvvələrini oyundan qovur – Təhlil
yüklənir...

Emre Öztürk

Akşam (Türkiyə), 18.10.2017



Astanada Türkiyə, Rusiya və İran arasında əldə edilmiş saziş ABŞ-ı Suriyada oyundan vurub çıxardıb. Ölkənin şimalında iştirakı Xalq özünümüdafiə dəstələri (YPG) ilə məhdudlaşan ABŞ cənubda İordaniya sərhədlərindən də gedir.

Türkiyə, Rusiya və İranın iştirakı ilə gerçəkləşdirilən Astana prosesi nəticəsində nail olunan sazişlər və bunun döyüş meydanında uğurla həyata keçirilməsi ABŞ-ı Suriya oyunundan çıxdaş edib. İsrailin “Mossad” kəşfiyyat qurumuna yaxınlığı ilə ad çıxarmış DEBKA saytının xəbər verdiyinə görə, ABŞ-la Rusiya arasında bağlanmış sazişə əsasən amerikalılar və onlara loyal güclər Suriya-İraq-İordaniya sərhəd üçbucağından çəkiləcək və bu mühüm məntəqəni rejim qüvvələrinə verəcəklər. ABŞ bu bölgədə üç il müddətində qoşunlara təlim keçib.

Bu üçbucağın şərqində yerləşən ət-Tənfa şəhəri isə “Hizbullah” qüvvələrinə təhvil veriləcək. Rejim ABŞ-ı bu sərhəd zonasında saxlamamaq qətiyyətinə köklənib. Deməli, keçən cümə günü Dəməşqdən edilən xəbərdarlıqda vurğulanıb ki, ABŞ və onun Rakkada döyüş aparan gücləri əsla cənuba doğru İraq sərhədinə enməməlidir. Bu qayda ilə bu məqsəd izlənir ki, 600 km-lik Suriya-İraq sərhədi boyunca rejim qoşunları, “Hizbullah” və İranla bağlı birləşmələrdən savayı başqa heç bir qüvvə olmasın.



İdlibdə ikinci baza PKK-nı mühasirəyə alacaq



Türkiyə SQ-nin İdlibdə əməliyyatı davam edir. Strateji baxımdan mühüm dağ bölgəsi Şeyx Bərəkəti çevrələmiş Türkiyə ordusu Təftənaz aerodromunda ikinci daimi baza yaratmağa hazırlaşır. Deməli, Şeyx Bərəkət bölgəsində PKK-nın Afrin tərəfdən mümkün hücumlarını müşahidə etmək və müdaxilə həyata keçirməyə imkan verən birinci baza yaradılıb.

“Demokratik Birlik” Paratiyası (PYD) terror təşkilatı ABŞ-ın dəstəklədiyi əməliyyatın gedişində İŞİD-in Suriyada dayaq məntəqəsi kimi tanınmış Rakkanı tam ələ keçirib. PYD keçən həftə İŞİD-lə anlaşma əldə edib və təşkilat döyüşçülərinin ailə üzvləri ilə birlikdə bu şəhərdən təxliyəsinə icazə verib. PYD-nin şəhərin mərkəzindəki əməliyyatı iyunun 6-dan bəri davam edib.



YPG-də çaxnaşma başlanıb



YPG-də Amerikanın qəyyumluğundan məhrum ola biləcəklərini anlayaraq çaxnaşmaya düşüblər. Sentyabrın 25-də YPG-nin mülki strukturu “Suriya Demokratik Şurası” adı altında Deyr-əz-Zorda elan edib ki, bu şəhər muxtar idarəçilik istəyir. Üç gündən sonra Deyr-əz-Zorda YPG-nin silahlı qanadına başçılıq edən terrorçu Əhməd Əbu-Havladan daha bir bəyanat gəlib. Havla “Fərat” informasiya agentliyi üçün bəyanatda qeyd edib: “Deyr-əz-Zorda muxtar idarəçilik haqda qəbul edilmiş qərar düzgün qərardır və biz silahlı qanad kimi bunu bəyənirik. Biz şəhərin azad edilməsi üzərində işləyəcəyik”.

Tərcümə Strateq.az-ındır.скачать dle 10.6фильмы бесплатно

Teqlər:
yüklənir...

XƏBƏR LENTİ

20.01.2018

DSX-da 20 Yanvar faciəsi anılıb

20.01.2018

Prezident Şəhidlər Xiyabanını ziyarət edib - FOTOLAR

20.01.2018

Azərbaycanın Rusiyadan aldığı hərbi texnika - FOTOLAR+VİDEO

20.01.2018

20 Yanvar faciəsindən 28 il ötür

18.01.2018

Zərdüşt Əlizadə: “Xəlil Rza ermənilərə qarğışlar yağdırdı, nəticədə biz Qarabağı itirdik…”

18.01.2018

ABŞ prezidenti CNN-in müxbirini mətbuat konfransından qovub

17.01.2018

Administrasiyaya yeni təyin edilən şöbə müdiri kimdir? - Dosye

17.01.2018

DTX,DİN,Baş Prokurorluq və Dövlət Komitəsi arasında dini ekstremizmə qarşı Tədbirlər Planı imzalanıb

17.01.2018

Həkim iclasda baş həkimə “od püskürdü”:"Burada oturub camaata torba tikməklə məşğulsunuz" - VİDEO

17.01.2018

ABŞ-la RUSİYA ARASINDA VASİTƏÇİLİK VƏ 22 MİLYARDIN TALEYİ… –İki böyük "oyunçu"nun "sözçüsü" Nazarbayev Trampdan nə istəyəcək?

17.01.2018

Türkiyə universitetləri nə işə yarayır? – TƏHLİL

16.01.2018

"Onun təfəkkürü gic-gic şüarlardan o tərəfə keçə bilmirdi" - gənc yazar Xəlil Rza Ulutürku aşağıladı

16.01.2018

SOCAR Mənsimovun 14 gəmisini müsadirə etdi

16.01.2018

“İctimai təhlükəsizliyin təminində uğurlar qazanmışıq”

15.01.2018

Sergey Balmasov:Vaşinqton Suriyada qalmaq üçün "kürd kartı"ndan istifadə edir

15.01.2018

Rəsmi Bakı Sergey Lavrovun Qarabağ münaqişəsinin mərhələli həllinə dair açıqlamasını alqışlayır

14.01.2018

Vasif Talıbov üçün özəl gün

14.01.2018

Suriyada nələr olur? –Rus bazasına hücumu kimin təşkil etdiyi müəmma olaraq qalır - TƏHLİL

14.01.2018

Havay adalarında səhvən raket həyəcanı verilib

13.01.2018

Mehriban Əliyeva nahar hazırladı - Borş, kotlet, kökə... + Fotolar

12.01.2018

Veysəloğlu ailəsində daha bir dünya çempionu

12.01.2018

DÜNYA BRENDİ SPAR BAKIDA İLK EKSPRESS FİLİALINI AÇDI

12.01.2018

Rəsmi Moskvadan ABŞ-a sərt reaksiya - Azərbaycanla bağlı hesabata etiraz

12.01.2018

Mədət Quliyev direktora mükafat verdi

12.01.2018

Vergilər Nazirliyindən “Binə” və “Sədərək”in rəhbərlərinəZƏRBƏ, ticarətçilərə DƏSTƏK

12.01.2018

Yerevanda generalların “sxodka”sı– Müdafiə naziri Vigen Sarkisyanın “qələmi qırıldı”

12.01.2018

Əbülfəz Qarayevin Ağstafadakı işçisi icra başçısı olmaq istəyir?

12.01.2018

İlham Əliyev Davosa gedir

12.01.2018

“Sosial şəbəkələr üzərindən Azərbaycanı qarışdırmaq istəyirlər” — YAP Siyasi Şurasının üzvündən SENSASİON AÇIQLAMA

12.01.2018

“Nar” 2018-ci ildə şəbəkənin gücləndirilməsi istiqamətindəki işləri davam etdirəcək

12.01.2018

Azərbaycanda ölüm niyə cavanlaşır? - Professordan çox önəmli AÇIQLAMA

12.01.2018

“Qızıl amnistiya” gözlənilir — Millət vəkilindən ŞAD XƏBƏR

Bütün Xəbərlər

FaceBook