Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

“Referendumlar ləğv edilməlidir, bu, təhlükəsizlik və istiqlal üçün vacibdir” - Azay Quliyev

“Referendumlar ləğv edilməlidir, bu, təhlükəsizlik və istiqlal üçün vacibdir” - Azay Quliyev
yüklənir...

Şimali İraq Kürd Muxtariyyətində və Kataloniyada “müstəqillik” referendumlarının planlaşdırılması hazırda bütün dünyanın narahatlıqla izlədiyi proseslərdir. Dünyanın inkişaf tendensiyasına, müasir zehniyyətə və beynəlxalq hüquq normalarına zidd olsa da, hər iki bölgənin separatçı idarəediciləri öz “müstəqilliklərini” elan etməkdə israrlı görünürlər.

Artıq hər iki bölgədə referendum keçirmək üçün konkret gün müəyyən olunub. Kürdüstan qurmaq üçün İraq kürdləri separatçı referendumlarını sentyabrın 25-nə təyin ediblər. Kataloniya hökuməti isə oktyabrın 1-də referendum keçirmək niyyətindədir.

Bu proseslərin bütövlükdə bəşəriyyət üçün təhlükə törədəcəyini təkcə politoloqlar, ekspertlər deyil, beynəlxalq qurumların rəsmi şəxsləri də SOS olaraq bəyan edirlər. ATƏT-in vitse-prezidenti kimi mühüm siyasi postu tutan, Azərbaycan Milli Məclisinin üzvü Azay Quliyev də bu məsələ ilə bağlı həyəcan təbili çalıb. Təbii, nüfuzlu bir beynəlxalq qurumun rəsmisinin - siyasətdə kifayət qədər ölçü-biçili olan Azay Quliyevin bu məsələdə açıq bəyanatlarla çıxış etməsi həm də o deməkdir ki, məsələ kifayət qədər təhlükəlidir və beynəlxalq aləm bu məsələni asanlıqla sinirməyəcək. Çünki söhbət separatçı meyllərin dünya boyunca bir tendensiya halına keçə biləcəyindən gedir və bu narahatlıq ifadə olunmaqdadır.


Heç şübhəsiz, böyük dövlətlərin rəsmi şəxslərinin açıqlamalarından da hiss olunur ki, onlar həm Kataloniyanın, həm də Kürdüstanın “müstəqilliklərini” qəbul etməyəcəklər. Bu isə o deməkdir ki, həmin bölgələr dünyanın yeni bir qanlı münaqişələr ocağına çevrilə və dünya üçün növbəti problemlərə çevrilə bilər. Faktiki olaraq “Kürdüstan dövləti” İraqın ərazi bütövlüyünü pozmaqla yanaşı, bu separatçı qüvvənin bir neçə ölkənin də ərazilərinə iddiası var. Bu, o deməkdir ki, bölgədə növbəti böyük münaqişə ocağı yetişir və qan su yerinə axa bilər.

Kataloniyanın müstəqillik referendumu qərarına İspaniya hökuməti şiddətlə qarşı çıxır. Bu, isə o deməkdir ki, Kataloniya “müstəqilliyini” elan edərsə, İspaniya buna heç də soyuqqanlı yanaşmayacaq və perspektivdə qanlı olaylar da qaçılmaz olacaq.

Odur ki, bu referendumların qarşısının indidən alınması çağırışları kifayət qədər məntiqlidir. Buna dair ATƏT vitse-prezidenti Azay Quliyev tvitter səhifəsində hər iki məsələ ilə bağlı konkret bir mövqe açıqlayıb. O, bu məsələlərə dair iki status həsr edib. Sitatlar: “Kataloniyanın 1 oktyabra birtərəfli qaydada təyin etdiyi müstəqillik referendumu legitim deyil. İspaniyanın ərazi bütövlüyü qorunmalıdır”.

“Kürdüstan Parlamenti 25 sentyabra planlaşdırılan müstəqilliklə bağlı referendum qərarını ləğv etməlidir. Bu, bölgənin təhlükəsizliyi və istiqlalı üçün vacibdir”...

Məsələnin ən vacib detalı odur ki, hər iki bölgədə referendumlar birtərəfli qaydada – yəni sırf separatçılıqla keçirilir. Hansı ki, Kataloniyanın müstəqilliyinə muxtariyyət özü deyil, İspaniya qərar verə bilər. İspaniya isə bunun əleyhinədir. İraqda isə kürd muxtariyyəti açıq-aşkar separatçılıqla və torpaq iddiaları ilə ortaya çıxıb. Bu səbəblərdən həmin muxtariyyətlərin keçirdikləri referendumlar beynəlxalq hüquq normalarına tam ziddir və ATƏT-in vitse-prezidentinin də bəyanatlarında bu öz əksini tapır.

Bir məqamı da qeyd edək ki, İspaniyada və İraqda separatçı qüvvələrin “müstəqillik” referendumundan ermənilərin bəhrələnə biləcəyi haqda da danışılır. Ancaq Dağlıq Qarabağ separatçılarının, Ermənistanın bu məsələdə hansısa paralellər, oxşarlıqlar aparması üçün bəhanələr belə yoxdur. Çünki Dağlıq Qarabağ Azərbaycanın muxtar bölgəsi olaraq heç zaman Azərbaycanın dövlət büdcəsinə pul ödəməyib. Kataloniya İspaniya büdcəsinə hər il 15 milyard avrodan çox ödəniş edir. Dağlıq Qarabağ isə həmişə Azərbaycanın büdcəsindən dotasiya alıb. Ermənilər isə orada “müstəqilliklərini” elan edəndən sonra ianələr yığmaqla dolanırlar. Üstəlik, Kataloniyadan fərqli olaraq Dağlıq Qarabağda etnik təmizlənmə aparılıb, azərbaycanlılara qarşı soyqırım törədilib, onlar dədə-baba yurdundan didərgin salınıblar...

Əlbəttə, qanunsuz referendumların keçirilməsi bəşəriyyətin sabitliyinə ciddi təhdiddir və bu məsələyə beynəlxalq təşkilatlar sərt təpki verməlidir.скачать dle 10.6фильмы бесплатно

yüklənir...

XƏBƏR LENTİ

20.01.2018

DSX-da 20 Yanvar faciəsi anılıb

20.01.2018

Prezident Şəhidlər Xiyabanını ziyarət edib - FOTOLAR

20.01.2018

Azərbaycanın Rusiyadan aldığı hərbi texnika - FOTOLAR+VİDEO

20.01.2018

20 Yanvar faciəsindən 28 il ötür

18.01.2018

Zərdüşt Əlizadə: “Xəlil Rza ermənilərə qarğışlar yağdırdı, nəticədə biz Qarabağı itirdik…”

18.01.2018

ABŞ prezidenti CNN-in müxbirini mətbuat konfransından qovub

17.01.2018

Administrasiyaya yeni təyin edilən şöbə müdiri kimdir? - Dosye

17.01.2018

DTX,DİN,Baş Prokurorluq və Dövlət Komitəsi arasında dini ekstremizmə qarşı Tədbirlər Planı imzalanıb

17.01.2018

Həkim iclasda baş həkimə “od püskürdü”:"Burada oturub camaata torba tikməklə məşğulsunuz" - VİDEO

17.01.2018

ABŞ-la RUSİYA ARASINDA VASİTƏÇİLİK VƏ 22 MİLYARDIN TALEYİ… –İki böyük "oyunçu"nun "sözçüsü" Nazarbayev Trampdan nə istəyəcək?

17.01.2018

Türkiyə universitetləri nə işə yarayır? – TƏHLİL

16.01.2018

"Onun təfəkkürü gic-gic şüarlardan o tərəfə keçə bilmirdi" - gənc yazar Xəlil Rza Ulutürku aşağıladı

16.01.2018

SOCAR Mənsimovun 14 gəmisini müsadirə etdi

16.01.2018

“İctimai təhlükəsizliyin təminində uğurlar qazanmışıq”

15.01.2018

Sergey Balmasov:Vaşinqton Suriyada qalmaq üçün "kürd kartı"ndan istifadə edir

15.01.2018

Rəsmi Bakı Sergey Lavrovun Qarabağ münaqişəsinin mərhələli həllinə dair açıqlamasını alqışlayır

14.01.2018

Vasif Talıbov üçün özəl gün

14.01.2018

Suriyada nələr olur? –Rus bazasına hücumu kimin təşkil etdiyi müəmma olaraq qalır - TƏHLİL

14.01.2018

Havay adalarında səhvən raket həyəcanı verilib

13.01.2018

Mehriban Əliyeva nahar hazırladı - Borş, kotlet, kökə... + Fotolar

12.01.2018

Veysəloğlu ailəsində daha bir dünya çempionu

12.01.2018

DÜNYA BRENDİ SPAR BAKIDA İLK EKSPRESS FİLİALINI AÇDI

12.01.2018

Rəsmi Moskvadan ABŞ-a sərt reaksiya - Azərbaycanla bağlı hesabata etiraz

12.01.2018

Mədət Quliyev direktora mükafat verdi

12.01.2018

Vergilər Nazirliyindən “Binə” və “Sədərək”in rəhbərlərinəZƏRBƏ, ticarətçilərə DƏSTƏK

12.01.2018

Yerevanda generalların “sxodka”sı– Müdafiə naziri Vigen Sarkisyanın “qələmi qırıldı”

12.01.2018

Əbülfəz Qarayevin Ağstafadakı işçisi icra başçısı olmaq istəyir?

12.01.2018

İlham Əliyev Davosa gedir

12.01.2018

“Sosial şəbəkələr üzərindən Azərbaycanı qarışdırmaq istəyirlər” — YAP Siyasi Şurasının üzvündən SENSASİON AÇIQLAMA

12.01.2018

“Nar” 2018-ci ildə şəbəkənin gücləndirilməsi istiqamətindəki işləri davam etdirəcək

12.01.2018

Azərbaycanda ölüm niyə cavanlaşır? - Professordan çox önəmli AÇIQLAMA

12.01.2018

“Qızıl amnistiya” gözlənilir — Millət vəkilindən ŞAD XƏBƏR

Bütün Xəbərlər

FaceBook