Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

Tramp - Soros müharibəsi: Prezident petisiyanı imzalayacaqmı?

Tramp - Soros müharibəsi: Prezident petisiyanı imzalayacaqmı?
yüklənir...

“ABŞ-da rəngli inqilabların metodlarını terrorçuluq hesab edirlər”

ABŞ vətəndaşlarının Corc Sorosun terrorçu hesab olunması barəsində ABŞ prezidentinə ünvanlandıqları petisiya (ərizə) müraciətinə hələlik 145 min imza atılıb.

Dövlət çevrilişlərində (bir sıra postsovet dövlətlərindəki rəngli inqilablar, ərəb baharı) əli olması haqqında yazılan minlərlə ifşaedici məqalələrə baxmayaraq, amerikalılar milyarder–filantropa (insansevər) qarşı ölkənin qurucu babalarına göstərdikləri hörmətə layiq münasibət bəsləyiblər. Amma indi, bu şəxs demək olar bir saat içərisində marjinala çevrilib.

Amerikanlar bu cür tələblə prezidentə müraciət ediblər: “Corc Soros qəsdən və həm də daima vəziyyəti destablizasiya etməyə cəhd göstərərək, Birləşmiş Ştatlar və onun vətəndaşlarına qarşı anti-dövlət fəaliyyətlərini qızışdırır. Onun onlarla (bəlkə də yüzlərlə) müxtəlif təşkilatları maliyyələşdirməkdə yeganə məqsədi Alinsk düşərgəsindəki təlimlər əsasında hazırlanmış terrorçu taktikaların köməyi ilə ABŞ konstitusiya sistemini dağıtmaqdır. O, federal hökumətin böyük hissəsinə və bütün Demokratlar Partiyasına sağlam olmayan təsir formalaşdırmışdır. Ədliyyə Nazirliyi dərhal Corc Sorosu, onun təşkilatını və əməkdaşlarını daxili terrorçu elan etməlidir”.

Petisiya partlayan bomba effekti yaradıb. KİV-lər Soros-Tramp qarşıdurmasından yazırlar. Həqiqətən də, 2016-cı il seçkilərində Soros aktiv şəkildə Hillari Klintonu dəstəkləyirdi və o, Donald Trampın qələbəsindən sonra şok doğuracaq bəyanatla çıxış edərək demişdi: “ABŞ özünə dələduz və potensial diktatoru prezident seçdi”. Belə bir bəyanatın fonunda anti-Tramp aksiyaları yaxşı planlaşdırılmış və incə şəkildə təşkilatlanmış bir hadisə kimi görünür. Belə ki, prezident seçkilərindən sonra ölkəni etiraz dalğası bürümüşdü.

Trampın keçmiş müşaviri Rocer Stoun Sorosu amerikalıları zorakılığa təhrikdə ittiham edib: “Soros insanları zorakılığa təhrik edir. Onlara bunu etmək üçün pul verir”.

Maraqlıdır ki, Sorosun metodları uzun illər ərzində amerikalıları qətiyyən həyəcanlandırmayıb. Çünki amerikalıları nə Sorosun əməliyyatları, nə də onun təşkil etdiyi inqilabların nəticələri maraqlandırıb.
İctimai düşüncə ilə manipulyasiya aparmaq, yad dəyərlərin xalqa sırınması, münaqişələrdə ölən minlərlə insan, Amerikanın “demokratiya dəllaları” tərəfindən törədilən təxribatlar, infrastrukturun dağıdılması, iqtisadiyyatın çökməsi, böhran və əhalinin yoxsullaşdırılması – bax, bütün bunların hamısı Amerikadan uzaq olub və ona görə də, belə şeylər onları maraqlandırmayıb.

Lakin indi “rəngli inqilablar”ın metodu Amerikanın özündə tətbiq olunmağa başlayır. Vətəndaşlar isə Sorosun eksperimentindəki “lobaratoriya dövşanları”na çevriliblər. Əlbəttə, vəziyyət belə hala çatanda amerikalıların mövqeyi dəyişir. Onlar milyarderin öz pulları uğrundakı mübarizədə və ya onun ambisiyalarının qurbanlarına çevrilmək istəmirlər. ABŞ vətəndaşları ölkədəki siyasi vəziyyətin destabilizasiya olunmasına qarşıdırlar.

Petisiyanı imzalayanlar cəmiyyətin bölünməsi, böhran, dağıntılar və yoxsullaşma kimi perspektivlərə qarşı etiraz bildirirlər. Məhz belə bir perspektivdə dayanan qarmaqarışıqlıq – Soros tərəfindən indiki qanuni seçilmiş prezidentə qarşı elan olunmuş müharibədir. Ona görə də, ABŞ vətəndaşları tam hüquqla milyarderi terrorçu adlandırırlar.

Bu qarşıdurmanın nə ilə qurtaracağı və petisiyaya Donald Trampın necə reaksiya göstərəcəyini proqnozlaşdırmaq çətindir. Amma bir şey aydındır: Sorosun metodları ilə üzləşən amerikalılar, bunun mədəni dünyada qəbuledilməz olduğunu anlayırlar.

(“Korrespondent” – Ukrayna)скачать dle 10.6фильмы бесплатно

yüklənir...

XƏBƏR LENTİ

20.01.2018

DSX-da 20 Yanvar faciəsi anılıb

20.01.2018

Prezident Şəhidlər Xiyabanını ziyarət edib - FOTOLAR

20.01.2018

Azərbaycanın Rusiyadan aldığı hərbi texnika - FOTOLAR+VİDEO

20.01.2018

20 Yanvar faciəsindən 28 il ötür

18.01.2018

Zərdüşt Əlizadə: “Xəlil Rza ermənilərə qarğışlar yağdırdı, nəticədə biz Qarabağı itirdik…”

18.01.2018

ABŞ prezidenti CNN-in müxbirini mətbuat konfransından qovub

17.01.2018

Administrasiyaya yeni təyin edilən şöbə müdiri kimdir? - Dosye

17.01.2018

DTX,DİN,Baş Prokurorluq və Dövlət Komitəsi arasında dini ekstremizmə qarşı Tədbirlər Planı imzalanıb

17.01.2018

Həkim iclasda baş həkimə “od püskürdü”:"Burada oturub camaata torba tikməklə məşğulsunuz" - VİDEO

17.01.2018

ABŞ-la RUSİYA ARASINDA VASİTƏÇİLİK VƏ 22 MİLYARDIN TALEYİ… –İki böyük "oyunçu"nun "sözçüsü" Nazarbayev Trampdan nə istəyəcək?

17.01.2018

Türkiyə universitetləri nə işə yarayır? – TƏHLİL

16.01.2018

"Onun təfəkkürü gic-gic şüarlardan o tərəfə keçə bilmirdi" - gənc yazar Xəlil Rza Ulutürku aşağıladı

16.01.2018

SOCAR Mənsimovun 14 gəmisini müsadirə etdi

16.01.2018

“İctimai təhlükəsizliyin təminində uğurlar qazanmışıq”

15.01.2018

Sergey Balmasov:Vaşinqton Suriyada qalmaq üçün "kürd kartı"ndan istifadə edir

15.01.2018

Rəsmi Bakı Sergey Lavrovun Qarabağ münaqişəsinin mərhələli həllinə dair açıqlamasını alqışlayır

14.01.2018

Vasif Talıbov üçün özəl gün

14.01.2018

Suriyada nələr olur? –Rus bazasına hücumu kimin təşkil etdiyi müəmma olaraq qalır - TƏHLİL

14.01.2018

Havay adalarında səhvən raket həyəcanı verilib

13.01.2018

Mehriban Əliyeva nahar hazırladı - Borş, kotlet, kökə... + Fotolar

12.01.2018

Veysəloğlu ailəsində daha bir dünya çempionu

12.01.2018

DÜNYA BRENDİ SPAR BAKIDA İLK EKSPRESS FİLİALINI AÇDI

12.01.2018

Rəsmi Moskvadan ABŞ-a sərt reaksiya - Azərbaycanla bağlı hesabata etiraz

12.01.2018

Mədət Quliyev direktora mükafat verdi

12.01.2018

Vergilər Nazirliyindən “Binə” və “Sədərək”in rəhbərlərinəZƏRBƏ, ticarətçilərə DƏSTƏK

12.01.2018

Yerevanda generalların “sxodka”sı– Müdafiə naziri Vigen Sarkisyanın “qələmi qırıldı”

12.01.2018

Əbülfəz Qarayevin Ağstafadakı işçisi icra başçısı olmaq istəyir?

12.01.2018

İlham Əliyev Davosa gedir

12.01.2018

“Sosial şəbəkələr üzərindən Azərbaycanı qarışdırmaq istəyirlər” — YAP Siyasi Şurasının üzvündən SENSASİON AÇIQLAMA

12.01.2018

“Nar” 2018-ci ildə şəbəkənin gücləndirilməsi istiqamətindəki işləri davam etdirəcək

12.01.2018

Azərbaycanda ölüm niyə cavanlaşır? - Professordan çox önəmli AÇIQLAMA

12.01.2018

“Qızıl amnistiya” gözlənilir — Millət vəkilindən ŞAD XƏBƏR

Bütün Xəbərlər

FaceBook