Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

Öztürk Yılmaz: ”İraq hökuməti ilə münasibətlərin normallaşdırılmasını dəstəkləyirik” –MÜSAHİBƏ

Öztürk Yılmaz: ”İraq hökuməti ilə münasibətlərin normallaşdırılmasını dəstəkləyirik” –MÜSAHİBƏ
yüklənir...

Tərəfdar.az az Ana müxalifətdəki Cümhuriyyət Xalq Partiyası (CHP) sədrinin müavini, Ardahan millət vəkili, Türkiyənin Mosuldakı keçmiş baş konsulu Öztürk Yılmazın APA-ya müsahibəsini oxucularına təqdim edir:

– Baş nazir Binali Yıldırım 5-6 yanvarda Bağdad və Ərbilə gedəcək. Bu səfər Türkiyə ilə İraqın mərkəzi hökuməti arasındakı münasibətləri normallaşdırmaq məqsədi daşıyırmı?

– Cümhuriyyət Xalq Partiyası daima AKP hökumətini İraqın mərkəzi hökuməti ilə dialoq qurmağa çağıraraq bunun vacibliyini vurğulayıb. AKP hökumətinin uzun müddətdən sonra İraqın mərkəzi hökuməti ilə birbaşa danışıqlara getməsi müsbət hadisədir, biz bunu dəstəkləyirik. Ölkələrimiz arasında münasibətlərin yenidən inkişaf etdirilməsi baxımından baş nazirin səfəri iki tərəf üçün də önəmlidir. Bölgədə dəyişən tarazlıqlar baxımından Türkiyənin fəallaşması və xüsusilə, qonşuları ilə münasibətlərinə yenidən dinamika qazandırması qaçılmazdır. Rəsmi Bağdadla aparılacaq danışıqlar, əldə ediləcək razılaşmalar təkcə ölkələrimiz arasında münasibətlərə deyil, regional proseslərə də müsbət mənada təsir göstərəcək.

– Bölgədə fəaliyyət göstərmiş diplomat kimi baş nazirin səfərindən sonra oralarda Türkiyə üçün hansı qapıların yenidən açıla biləcəyini düşünürsünüz?

– Biz bundan sonra İŞİD-in bölgədən təmizlənməsindən sonrakı mərhələyə hazırlaşmalıyıq. Bunun üçün İraqın mərkəzi hökuməti ilə əməkdaşlığın daha da gücləndirilməsi lazım gələcək. Bizim əsas prinsipimiz proseslərin İraqın ərazi bütövlüyü çərçivəsində cərəyan etməsidir. İŞİD-dən azad edilən bölgələrə yerləşmiş kürd qrupları oranı tərk etməyəcəklərini deyirlər, elə isə biz mərkəzi hökumətlə əməkdaşlıq edərək İraqın ərazi bütövlüyü çərçivəsində kürd qruplarının İŞİD-dən boşalan bölgələrdən uzaqlaşdırılmasına nail olmalıyıq. Bu həmçinin, Türk bölgələrinə girmiş başqa qrupların da o bölgələrdən çıxarılması üçün keçərli olmalıdır. İraqın ərazi bütövlüyünü dəstəkləməyimiz dövlət marağımızın əsas tərkib hissəsi olmalıdır.

– Xüsusilə, İŞİD-in ortaya çıxaraq İraq və Suriya torpaqlarını bir hissəsini işğal etməsindən sonra İranın hər iki ölkədə öz təsir gücünü artırdığını gördük. İraqla əməkdaşlığı gücləndirərkən bunu İranla münasibətlərdə nə şəkildə əks etdirmək lazımdır?

– İran bölgənin güclü ölkəsi və son illərdə cərəyan edən proseslərin önəmli oyunçusudur. Bunu həm İraqda, həm də Suriyada görürük. Bizim İran və Suriya ilə bağlı siyasətimiz də məlumdur. Suriya terrorçulardan təmizlənməli, ölkənin ərazi bütövlüyü təmin edilməlidir. Bu proseslərdə öz mənafelərimizin müdafiəsi üçün İran ilə əməkdaşlığımızı gücləndirməyimiz də mühüm şərtdir. Xüsusilə, 20 dekabrda Moskvada imzalanmış Rusiya-Türkiyə-İran üçtərəfli sazişindən sonra İranla əməkdaşlığımızın güclənəcəyinə inanıram. Biz 2010-cu ilin axırından etibarən bölgədə dalğalanmalar başlayınca hansı mövqedə durmuşuqsa, indi də o mövqedəyik. Türkiyənin mənafeyinin bunu tələb etdiyi də açıq-aşkardır. (APA)скачать dle 10.6фильмы бесплатно

Teqlər:
yüklənir...

XƏBƏR LENTİ

20.01.2018

DSX-da 20 Yanvar faciəsi anılıb

20.01.2018

Prezident Şəhidlər Xiyabanını ziyarət edib - FOTOLAR

20.01.2018

Azərbaycanın Rusiyadan aldığı hərbi texnika - FOTOLAR+VİDEO

20.01.2018

20 Yanvar faciəsindən 28 il ötür

18.01.2018

Zərdüşt Əlizadə: “Xəlil Rza ermənilərə qarğışlar yağdırdı, nəticədə biz Qarabağı itirdik…”

18.01.2018

ABŞ prezidenti CNN-in müxbirini mətbuat konfransından qovub

17.01.2018

Administrasiyaya yeni təyin edilən şöbə müdiri kimdir? - Dosye

17.01.2018

DTX,DİN,Baş Prokurorluq və Dövlət Komitəsi arasında dini ekstremizmə qarşı Tədbirlər Planı imzalanıb

17.01.2018

Həkim iclasda baş həkimə “od püskürdü”:"Burada oturub camaata torba tikməklə məşğulsunuz" - VİDEO

17.01.2018

ABŞ-la RUSİYA ARASINDA VASİTƏÇİLİK VƏ 22 MİLYARDIN TALEYİ… –İki böyük "oyunçu"nun "sözçüsü" Nazarbayev Trampdan nə istəyəcək?

17.01.2018

Türkiyə universitetləri nə işə yarayır? – TƏHLİL

16.01.2018

"Onun təfəkkürü gic-gic şüarlardan o tərəfə keçə bilmirdi" - gənc yazar Xəlil Rza Ulutürku aşağıladı

16.01.2018

SOCAR Mənsimovun 14 gəmisini müsadirə etdi

16.01.2018

“İctimai təhlükəsizliyin təminində uğurlar qazanmışıq”

15.01.2018

Sergey Balmasov:Vaşinqton Suriyada qalmaq üçün "kürd kartı"ndan istifadə edir

15.01.2018

Rəsmi Bakı Sergey Lavrovun Qarabağ münaqişəsinin mərhələli həllinə dair açıqlamasını alqışlayır

14.01.2018

Vasif Talıbov üçün özəl gün

14.01.2018

Suriyada nələr olur? –Rus bazasına hücumu kimin təşkil etdiyi müəmma olaraq qalır - TƏHLİL

14.01.2018

Havay adalarında səhvən raket həyəcanı verilib

13.01.2018

Mehriban Əliyeva nahar hazırladı - Borş, kotlet, kökə... + Fotolar

12.01.2018

Veysəloğlu ailəsində daha bir dünya çempionu

12.01.2018

DÜNYA BRENDİ SPAR BAKIDA İLK EKSPRESS FİLİALINI AÇDI

12.01.2018

Rəsmi Moskvadan ABŞ-a sərt reaksiya - Azərbaycanla bağlı hesabata etiraz

12.01.2018

Mədət Quliyev direktora mükafat verdi

12.01.2018

Vergilər Nazirliyindən “Binə” və “Sədərək”in rəhbərlərinəZƏRBƏ, ticarətçilərə DƏSTƏK

12.01.2018

Yerevanda generalların “sxodka”sı– Müdafiə naziri Vigen Sarkisyanın “qələmi qırıldı”

12.01.2018

Əbülfəz Qarayevin Ağstafadakı işçisi icra başçısı olmaq istəyir?

12.01.2018

İlham Əliyev Davosa gedir

12.01.2018

“Sosial şəbəkələr üzərindən Azərbaycanı qarışdırmaq istəyirlər” — YAP Siyasi Şurasının üzvündən SENSASİON AÇIQLAMA

12.01.2018

“Nar” 2018-ci ildə şəbəkənin gücləndirilməsi istiqamətindəki işləri davam etdirəcək

12.01.2018

Azərbaycanda ölüm niyə cavanlaşır? - Professordan çox önəmli AÇIQLAMA

12.01.2018

“Qızıl amnistiya” gözlənilir — Millət vəkilindən ŞAD XƏBƏR

Bütün Xəbərlər

FaceBook