Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

Erməni generalının KTMT-yə rəhbərliyi yenə baş tutmadı –Azərbaycan qoymur

Erməni generalının KTMT-yə rəhbərliyi yenə baş tutmadı –Azərbaycan qoymur
yüklənir...

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Sankt-Peterburqda bu gün yekunlaşan növbəti sammitində sözügedən hərbi bloka baş katib təyin etmək yenə mümkün olmayıb.



Virtualaz.org xəbər verir ki, bu barədə blokun indiki baş katibi Nikolay Bordyuja jurnalistlərə bildirib. Bordyuja deyib ki, məsələyə təşkilatın gələn ilin aprelində keçiriləcək növəti sammitində baxılacaq.



O, bunun səbəbini indiki sammitdə Belarus nümayəndə heyətinin iştirak etməməsi nəticəsində kvorumun olmaması ilə izah edib. “Bildiyiniz kimi nümayəndə heyətlərindən biri sammitdə iştirak etməyib və nəticədə baş katibin seçilməsi üçün kvorum olmayıb”-Bordyuja deyib.



KTMT-nin baş katibi postuna Ermənistan nümayəndəsinin təyin olunması razılaşdırılmışdı və bu vəzifəyə namizəd kimi keçmiş müdafiə naziri Seyran Ohanyanın adı çəkilirdi. Lakin Ohanyan həmin vəzifədən imtina edib və siyasətə qatılmağı qərara alıb.





Qeyd edək ki, Belarusun nümayəndə heyəti bu sammitdə iştirak etməyib.Amma Kremlin sözçüsü Dmitri Peskov bundan əvvəl demişdi ki, Belarusun sammitə qatılmaması nəzərdə tutulan sənədlərin imzalanmasını əngəlləməyəcək və həmin sənədlər imzalanmaq üçün Minskə göndəriləcək. Xatırladaq ki, baş katiblik məsələsi 2 ay əvvəl Yerevan sammitində də təxirə salındı. Həmin vaxt isə Qazaxıstan prezidenti Nursultan Nazarbayev sammitə gəlməmişdi və bunun səbəbi onun xəstə olması ilə izah edilmişdi. Ermənistan prezidenti Serj Sərkisyan həmin vaxt məsələnin Sankt-Peterburq sammitinə qaldığını demişdi.



2003-cü ildən təşkilata Rusiyanın nümayəndəsi Nikolay Bordyuja baş katiblik edir. Baş katiblik hələ 1 il əvvəl rotasiya üzrə Ermənistana keçməli idi, amma 2015-ci ilin dekabrında Moskva sammitində Bordyujanın müddəti daha 1 il uzadıldı.



Ermənistanlı politoloq Stepan Qriqoryan “Azadlıq” radiosunun erməni xidmətinə deyir ki, Azərbaycanla yaxın hərbi-siyasi münasibətləri olan Belarus prezidenti Lukaşenkonun sammitə qatılmaması ola bilsin ki, baş katibliyin Ermənistana keçməsi ilə bağlıdır. “Problem nədədir ?Ondadır ki, Azərbaycan Belarus, Qazaxıstan, həmçinin Rusiyaya bildirib ki, Ermənistandan olan generalın təşkilata baş katiblik etməsinə qarşıdır. Belə çıxır ki, təşkilata üzv olmayan Azərbaycanın bu bloka təsiri Ermənistandan daha böyükdür”, deyə Qriqoryan vurğulayıb.



Xatırladaq ki, iki ay əvvəl Qazaxıstan prezidenti Nursultan Nazarbayev KTMT-nin İrəvandakı sammitinə qatılmayanda rəsmi Astana bunu prezidentin soyuqlaması ilə əsaslandırmışdı. Lakin Ermənistanda və Rusiyada belə şübhələr yarandı ki, ola bilsin Nazarbayev Azərbaycana görə və erməni generalın KTMT-yə baş katib olmasına səs verməmək üçün sammitə getməyib. İndi isə Azərbaycanın daha bir yaxın dostu-Aleksandr Lukaşenko KTMT-nin sammitini boykot edir. Bu, Belarusla Rusiya arasında münasibətlərdəki yeni narazılıq dalğası ilə bir vaxtda baş verir. Ancaq o da istisna deyil ki, Lukaşenko Azərbaycanla müttəfiqlik münasibətlərini nəzərə alaraq sammitdə iştirak etməyib. Nəticədə Ermənistanın bu blokda “söz sahibi” olmaq planları pozulub.



Ötən gün sammitdə Ermənistan prezidenti Serj Sərkisyan acıqlı çıxış edərək deyib ki, Azərbaycan Ermənistana qarşı minomyotlardan, digər silahlardan atəş açanda eyni zamanda Düşənbəni, Astananı, Minski, Moskvanı hədəf almış olur. Çünki KTMT-nin nizamnaməsində üzvlərdən birinə qarşı hücum digərlərinə də hücum kimi qiymətləndirilir. Lakin Sərkisyana görə KTMT bu hallar qarşısında səsini çıxarmır.скачать dle 10.6фильмы бесплатно

Teqlər:
yüklənir...

XƏBƏR LENTİ

20.01.2018

DSX-da 20 Yanvar faciəsi anılıb

20.01.2018

Prezident Şəhidlər Xiyabanını ziyarət edib - FOTOLAR

20.01.2018

Azərbaycanın Rusiyadan aldığı hərbi texnika - FOTOLAR+VİDEO

20.01.2018

20 Yanvar faciəsindən 28 il ötür

18.01.2018

Zərdüşt Əlizadə: “Xəlil Rza ermənilərə qarğışlar yağdırdı, nəticədə biz Qarabağı itirdik…”

18.01.2018

ABŞ prezidenti CNN-in müxbirini mətbuat konfransından qovub

17.01.2018

Administrasiyaya yeni təyin edilən şöbə müdiri kimdir? - Dosye

17.01.2018

DTX,DİN,Baş Prokurorluq və Dövlət Komitəsi arasında dini ekstremizmə qarşı Tədbirlər Planı imzalanıb

17.01.2018

Həkim iclasda baş həkimə “od püskürdü”:"Burada oturub camaata torba tikməklə məşğulsunuz" - VİDEO

17.01.2018

ABŞ-la RUSİYA ARASINDA VASİTƏÇİLİK VƏ 22 MİLYARDIN TALEYİ… –İki böyük "oyunçu"nun "sözçüsü" Nazarbayev Trampdan nə istəyəcək?

17.01.2018

Türkiyə universitetləri nə işə yarayır? – TƏHLİL

16.01.2018

"Onun təfəkkürü gic-gic şüarlardan o tərəfə keçə bilmirdi" - gənc yazar Xəlil Rza Ulutürku aşağıladı

16.01.2018

SOCAR Mənsimovun 14 gəmisini müsadirə etdi

16.01.2018

“İctimai təhlükəsizliyin təminində uğurlar qazanmışıq”

15.01.2018

Sergey Balmasov:Vaşinqton Suriyada qalmaq üçün "kürd kartı"ndan istifadə edir

15.01.2018

Rəsmi Bakı Sergey Lavrovun Qarabağ münaqişəsinin mərhələli həllinə dair açıqlamasını alqışlayır

14.01.2018

Vasif Talıbov üçün özəl gün

14.01.2018

Suriyada nələr olur? –Rus bazasına hücumu kimin təşkil etdiyi müəmma olaraq qalır - TƏHLİL

14.01.2018

Havay adalarında səhvən raket həyəcanı verilib

13.01.2018

Mehriban Əliyeva nahar hazırladı - Borş, kotlet, kökə... + Fotolar

12.01.2018

Veysəloğlu ailəsində daha bir dünya çempionu

12.01.2018

DÜNYA BRENDİ SPAR BAKIDA İLK EKSPRESS FİLİALINI AÇDI

12.01.2018

Rəsmi Moskvadan ABŞ-a sərt reaksiya - Azərbaycanla bağlı hesabata etiraz

12.01.2018

Mədət Quliyev direktora mükafat verdi

12.01.2018

Vergilər Nazirliyindən “Binə” və “Sədərək”in rəhbərlərinəZƏRBƏ, ticarətçilərə DƏSTƏK

12.01.2018

Yerevanda generalların “sxodka”sı– Müdafiə naziri Vigen Sarkisyanın “qələmi qırıldı”

12.01.2018

Əbülfəz Qarayevin Ağstafadakı işçisi icra başçısı olmaq istəyir?

12.01.2018

İlham Əliyev Davosa gedir

12.01.2018

“Sosial şəbəkələr üzərindən Azərbaycanı qarışdırmaq istəyirlər” — YAP Siyasi Şurasının üzvündən SENSASİON AÇIQLAMA

12.01.2018

“Nar” 2018-ci ildə şəbəkənin gücləndirilməsi istiqamətindəki işləri davam etdirəcək

12.01.2018

Azərbaycanda ölüm niyə cavanlaşır? - Professordan çox önəmli AÇIQLAMA

12.01.2018

“Qızıl amnistiya” gözlənilir — Millət vəkilindən ŞAD XƏBƏR

Bütün Xəbərlər

FaceBook