Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

Rusiya hərbi xərclərdə Hindistandan geri qalır və dünya üzrə ilk beşlikdən çıxıb –Təhlil

Rusiya hərbi xərclərdə Hindistandan geri qalır və dünya üzrə ilk beşlikdən çıxıb –Təhlil
yüklənir...

Gerrik Ponse
Le Point (Fransa), 13.12.2016


IHS Markit şirkətinin illik hesabatında iddia olunur ki, 2016-cı ildə dünyada müdafiə xərclərinin ümumi həcmi 1,57 trilyon dollara çatmaqla xeyli artıb. ABŞ və Avropanın büdcəsi cüzi artdığı halda ən böyük artımı Asiya və Baltikyanı nümayiş etdirir. Rusiya Səudiyyə Ərəbistanı və Hindistanı irəli buraxaraq liderlər beşliyindən çıxıb. Fransa da tezliklə onu arxada qoymalıdır.

Payına ümumdünya hərbi məsrəflərinin 99%-nin düşdüyü 105 ölkənin müdafiə xərclərini diqqətlə araşdırmış IHS Markit şirkətinin analitikləri hesab edir ki, 2015-ci il büdcələrin azalmasına son qoysa da, 2016-cı il “müdafiə xərclərinin artım onilliyinin başlanğıcı ilə” əlamətdar olub.

NATO, Avropa və Rusiya

Avropada müdafiə xərcləri az artıb. Böyük Britaniya (üçüncü yer, 53,8 milyard dollar), Fransa (yeddinci yer, 44,3 milyard dollar) və Almaniya (doqquzuncu yer, 35,8 milyard dollar) reytinqdə əvvəlki yerlərini saxlayıb. Halbuki NATO ölkələrinin ümumi büdcəsi 2010-cu ildən bəri ilk dəfə çoxalıb.

AB-yə üzv ölkələr ümumilikdə 219 milyard dollarlıq nişanəyə yetişib ki, bu da Amerika hərbi büdcəsinin üçdə birindən və Çininkindən bir qədər çoxdur. IHS Markit-də əmindirlər hər necə olur-olsun, durum dəyişiləcək: “2020-ci ilə doğru Çinin müdafiə büdcəsi AB büdcəsini keçəcək, o zaman bu, uyğun olaraq 232 və 230,4 milyard dollar təşkil edəcək” (Brexit perspektivinə baxmayaraq proqnoz Britaniya büdcəsini ehtiva edir).

Fransa hərbi xərcləri (hazırda NATO direktivinə uyğun olaraq ÜDM-in 2%-i nişanəsindədir) əvvəlki səviyyədə qalacaq və yaxud ÜDM planında payı bir qədər azalacaq, lakin mütləq kəmiyyətlərdə Fransa iqtisadiyyatının gözlənilən artımı ilə bağlı çoxalacaq.

Ən hiss olunacaq artım Krımın ilhaqının əsil psixoloji zədə olduğu Baltikyanında müşahidə olunur. Analitiklər hesab edirlər ki, Ukrayna böhranının başlanması ilə ən yaxın iki ildə silah alışı daha 100% artacaq. 2005-ci ildə bölgə ölkələrinin müdafiə büdcəsi 930 milyon dollar təşkil edirdisə, 2020-ci ilə doğru 2,1 milyar dollara qədər artacaq.

ABŞ 622 milyard dollar nəticə (dünyadakı bütün hərbi xərclərin 40%-i) ilə hamını xeyli arxada qoyur. IHS Markit-də qeyd edirlər ki, “ABŞ 11 sentyabrdan bəri müdafiəyə 9, 35 trilyon dollardan çox xərcləyib”. Donald Trampın seçilməsi (Hillari Klintonun açıqlamalarına uyğun olaraq) büdcədə cüzi azalma haqda proqnozları dəyişdirib, çünki yeni prezident işarə vurub ki, xərcləri artırmağa hazırlaşır.

Rusiyada isə 1990-cı illərdən bəri ilk dəfə hərbi büdcənin ixtisarı müşahidə olunur: 51,8-dən 48,4 milyard dollara qədər. Nəticədə reytinqdə dördüncü yerdən altıncı yerə yuvarlanıb. IHS Markit güman edir: “Gözləyirik ki, Rusiya büdcəsi 2017-ci ildə daha da azalacaq və fransızlara onu ötmək imkanı verəcək”.

Asiya-Sakit okean bölgəsi

Asiya-Sakit okean bölgəsində müdafiə büdcələri xeyli artıb, özü də məsrəflər təkcə ərazini müdafiə vasitələrinə deyil, qoşunların yerləşdirilməsi vəsaitlərinə də toxunur. Başlıca narahatlığı Çini əhatə edən dənizlərdəki gərginlik doğurur və məsrəflərin əksər maddələri bu zonanı çevrələyən ölkələrin hərbi-dəniz və hərbi-hava imkanlarının genişləndirilməsinə yönəlib.

Sözsüz ki, Çin bölgənin lokomotividir və 191,8 milyard dollar nəticə ilə reytinqdə ikinci yerini saxlayır (tam bir vahid kimi AB nəzərə alınmasa). IHS Markit-in proqnozlarına görə, bu tendensiya saxlanacaq, rəqəmlər on il ərzində iki dəfə çoxala bilər.

Yaponiya onillik ixtisardan sonra məsrəfləri yenidən artırmağa başlayıb, amma analitiklər qeyd edirlər ki, “büdcə məhdudiyyətləri hələ də güclüdür”. Yaponiya hökuməti həcmdə Çinlə bəhsə girişə bilməz və buna görə də hər bir dolların səmərəli istifadəsinə xüsusi göz qoyur.

Hindistan 2016-cı ildə reytinqdə dördüncü yeri tutmaqla Rusiya və Səudiyyə Ərəbistanını geridə qoyub. IHS Markit-də hesab edirlər ki, “Hindistan ən yaxın iki ildə Böyük Britaniyanı keçib üçüncü yeri tutacaq”. Əgər büdcə artımı bu yaxınlaradək ölkədə əməyin dəyərinin yüksəlişi ilə bağlıydısa, hazırda ekspertlər düşünürlər ki, yeni genişlənmələr avadanlığın modernləşdirilməsi ilə əlaqəli olacaq ki, bu da Hindistanı “silah tədarükçüləri üçün əsas bazar edəcək”.

Yaxın Şərq

Neft qiymətlərinin düşməsi Fars körfəzi ölkələrinin müdafiə xərclərinin artmasına zərbə olub və bölgə 2012-2014-cü illərdə malik olduğu ən sürətlə inkişaf edən silah bazarı statusundan məhrum olub. Bununla belə, Qətər və Küveytin hərbi xərcləri xeyli artım nümayiş etdirib.
strateqскачать dle 10.6фильмы бесплатно

Teqlər:
yüklənir...

XƏBƏR LENTİ

20.01.2018

DSX-da 20 Yanvar faciəsi anılıb

20.01.2018

Prezident Şəhidlər Xiyabanını ziyarət edib - FOTOLAR

20.01.2018

Azərbaycanın Rusiyadan aldığı hərbi texnika - FOTOLAR+VİDEO

20.01.2018

20 Yanvar faciəsindən 28 il ötür

18.01.2018

Zərdüşt Əlizadə: “Xəlil Rza ermənilərə qarğışlar yağdırdı, nəticədə biz Qarabağı itirdik…”

18.01.2018

ABŞ prezidenti CNN-in müxbirini mətbuat konfransından qovub

17.01.2018

Administrasiyaya yeni təyin edilən şöbə müdiri kimdir? - Dosye

17.01.2018

DTX,DİN,Baş Prokurorluq və Dövlət Komitəsi arasında dini ekstremizmə qarşı Tədbirlər Planı imzalanıb

17.01.2018

Həkim iclasda baş həkimə “od püskürdü”:"Burada oturub camaata torba tikməklə məşğulsunuz" - VİDEO

17.01.2018

ABŞ-la RUSİYA ARASINDA VASİTƏÇİLİK VƏ 22 MİLYARDIN TALEYİ… –İki böyük "oyunçu"nun "sözçüsü" Nazarbayev Trampdan nə istəyəcək?

17.01.2018

Türkiyə universitetləri nə işə yarayır? – TƏHLİL

16.01.2018

"Onun təfəkkürü gic-gic şüarlardan o tərəfə keçə bilmirdi" - gənc yazar Xəlil Rza Ulutürku aşağıladı

16.01.2018

SOCAR Mənsimovun 14 gəmisini müsadirə etdi

16.01.2018

“İctimai təhlükəsizliyin təminində uğurlar qazanmışıq”

15.01.2018

Sergey Balmasov:Vaşinqton Suriyada qalmaq üçün "kürd kartı"ndan istifadə edir

15.01.2018

Rəsmi Bakı Sergey Lavrovun Qarabağ münaqişəsinin mərhələli həllinə dair açıqlamasını alqışlayır

14.01.2018

Vasif Talıbov üçün özəl gün

14.01.2018

Suriyada nələr olur? –Rus bazasına hücumu kimin təşkil etdiyi müəmma olaraq qalır - TƏHLİL

14.01.2018

Havay adalarında səhvən raket həyəcanı verilib

13.01.2018

Mehriban Əliyeva nahar hazırladı - Borş, kotlet, kökə... + Fotolar

12.01.2018

Veysəloğlu ailəsində daha bir dünya çempionu

12.01.2018

DÜNYA BRENDİ SPAR BAKIDA İLK EKSPRESS FİLİALINI AÇDI

12.01.2018

Rəsmi Moskvadan ABŞ-a sərt reaksiya - Azərbaycanla bağlı hesabata etiraz

12.01.2018

Mədət Quliyev direktora mükafat verdi

12.01.2018

Vergilər Nazirliyindən “Binə” və “Sədərək”in rəhbərlərinəZƏRBƏ, ticarətçilərə DƏSTƏK

12.01.2018

Yerevanda generalların “sxodka”sı– Müdafiə naziri Vigen Sarkisyanın “qələmi qırıldı”

12.01.2018

Əbülfəz Qarayevin Ağstafadakı işçisi icra başçısı olmaq istəyir?

12.01.2018

İlham Əliyev Davosa gedir

12.01.2018

“Sosial şəbəkələr üzərindən Azərbaycanı qarışdırmaq istəyirlər” — YAP Siyasi Şurasının üzvündən SENSASİON AÇIQLAMA

12.01.2018

“Nar” 2018-ci ildə şəbəkənin gücləndirilməsi istiqamətindəki işləri davam etdirəcək

12.01.2018

Azərbaycanda ölüm niyə cavanlaşır? - Professordan çox önəmli AÇIQLAMA

12.01.2018

“Qızıl amnistiya” gözlənilir — Millət vəkilindən ŞAD XƏBƏR

Bütün Xəbərlər

FaceBook