Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

Çeçen xüsusi təyinatlıları Suriyada:Kadırovun batalyonu Bəşər Əsədi qoruyacaq

Çeçen xüsusi təyinatlıları Suriyada:Kadırovun batalyonu Bəşər Əsədi qoruyacaq
yüklənir...

Zabel Mondro

Le Monde (Fransa), 09.12.2016


Suriya ordusu müttəfiqləri Rusiya və İranın dəstəyi ilə Hələbin şərq hissəsində məhəllə-məhəllə irəliləməkdədir. Dekabrın 8-də Rusiya Müdafiə Nazirliyində qeyd ediblər: “Bu gün yaraqlıların nəzarətində olan rayonların 70%-dən çox ərazisi azad olunub”.

Üsyançılar artıq münaqişənin beş il tüğyan etdiyi şəhərin şərqindəki son müqavimət ocaqlarından geri çəkilir, Moskva isə bundan sonra olacaqlara hazırlıq görməyə başlayır. Suriyaya hərbi polis rolunu oynayacaq və Latakiya əyalətindəki Xmeymim hərbi bazasının təhlükəsizliyini təmin edəcək çeçen xüsusi təyinatlısı göndərilib. Müdafiə Nazirliyinə yaxın saytlar və Rusiya KİV-ləri dekabrın 6-da təpədən dırnağa suilahlanmış, uçuşa hazırlaşan əsgərlərin çəkildiyi mobil tetefonun videosunu yayıb.

Videoda eşidilir: “Ruslan, getməyi qərara aldın?”. “Hə, vəssalam. Getmək qərarına gəlmişəm”.

Səs davam edir: “Qoy Allah səni qorusun”.

Çeçencə danışan bu adamlar Çeçen Respublikasının paytaxtı Qroznıdan şimala sarı Xanqala hərbi bazasında yerləşmiş “Şərq” və “Qərb” batalyonlarına aiddir. Hamısında qırmızı beret və hərbi polisi bildirən “MP” tikişi var.

Təcrübəli qoşunlar

Bu beretlər və fərqlənmə nişanları xüsusi bölmələrin yaradılması üçün yenidən təşkil edilən çeçen xüsusi təyinatlısına noyabrın axırında verilib. Onların dəqiq sayı haqda heç bir məlumat yoxdur. Ali İqtisadiyyat Məktəbinin baş müəllimi, şərqşünas Leonid İsayevin sözlərinə görə, çeçenlər sünni, yəni Suriyanın əksər sakinləri üçün dindaşdır və bu, onların yerli əhali ilə qarşılıqlı fəaliyyətini asanlaşdırmalıdır.

O, qeyd edir: “Əsədin tərəfində könüllü tam bir çeçen batalyonu vuruşur”.

Videoda bütün döyüşçülərin başı hamar vurulub ki, bu da onlar üçün tipik deyil. “Kommersant”ın qaynağının qeyd etdiyi kimi, bunu ona görə ediblər ki, İŞİD sıralarında vuruşan çeçenlərdən seçilsinlər.

2003-cü ildə formalaşdırılmış “Şərq” və “Qərb” batalyonları 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsində iştirak edib. Onlar o vaxtdan bəri ancaq Moskvanın müstəqil dövlət kimi tanıdığı Cənubi Osetiyada döyüşüb və indi Moskvada onların təcrübəsini xüsusi qeyd edirlər.

Yerüstü qüvvələrin göndərilməsində dekabrın 5-də Hələbin qərbində çevik hospitalın atəşə tutulması nəticəsində Rusiyanın beş hərbi həkiminin ölümü də təkan rolunu oynaya bilər. Növbəti gün Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin sədr müavini Vladimir Cabarov əlavə qüvvə göndərilməsini tələb edib.


Suriyada 23 nəfər həlak olub


Müdafiə Nazirliyinin mətbuat katibi, general-mayor İqor Konaşenkov az-az təsadüf edilən kəskin press-reliz yayıb və Qırmızı Xaçın, onun fikrincə, yetərsiz reaksiyasını tənqid edərək ABŞ, Britaniya və Fransanı Hələbdə qiyamçılara dəstəyə görə ittiham edib. O, qeyd edib: “Hərbçilərimizin qanına onların əli bulaşıb. Heç şübhəsiz, atışmanı “müxalifət” döyüşçüləri aparıb. Onların Rusiya hospitalının fəaliyyətə başladığı anda məhz qəbul şöbəsi haqda kimdən dəqiq məlumat aldığını başa düşürük”.

Hələbin şərqində “hərbi müşavir” qismində olan polkovnik Ruslan Qalitski də həmin gün yaralanıb. O, bir neçə saatdan sonra keçinib. Bu yüksəkçinli zabitin həlakı Suriyada ölmüş Rusiya əsgərlərinin sayını 23-ə çatdırıb.

Hər necə olur-olsun, təhlükəsizlik yerüstü qüvvələrin göndərilməsinin yeganə səbəbi deyil. Çeçen hərbçilərinin Suriyada iştirakı güclü rəmzi ifadə edir, Rusiyanın ABŞ səfirliyinin oktyabrda yaydığı tvit buna işarə vurur. Onda 2000-ci illərin əvvəlində Rusiya gülləboranından sonra boşalmış Qroznının müasir şəkli dərc olunub. O, indi “dinc, müasir və çiçəklənən şəhər” olub. Heşteqlərin içində “Hələb” sözü keçir.

Çeçenistan lideri Ramzan Kadırov cümə axşamı Instagram-da bu hadisələrə reaksiya verib, lakin batalyonların varlığı və Suriyaya göndərildiyini təkzib edib. O vurğulayıb: “Yaxşı məlumdur ki, Rusiya qoşunları Suriyada yerüstü əməliyyatlara qatılmayıb” və əlavə edib ki, ölkədə Rusiya bazası var və “bəzi komandalar gəlir, digərləri gedir”.

İstənilən halda hər şeydən göründüyü kimi, Moskva heç vaxt olmadığı qədər qətiyyətlə köklənib ki, üsyançıların Hələbin şərqindəki varlığına son qoysun. “Admiral Kuznetsov” aviadaşıyıcısı cümə axşamı Rusiya hərbi-dəniz bazasının yerləşdiyi Tartus limanına daxil olub. Müdafiə nazirliyinin 17 noyabrda qəbul etdiyi qərar üzrə onda yerləşdirilmiş avasiyanın vəzifəsi Hələbdən yaraqlıların və dinc sakinlərin qaçdığı İdlib əyalətinə zərbələrdən ibarətdir.
strateqскачать dle 10.6фильмы бесплатно

Teqlər:
yüklənir...

XƏBƏR LENTİ

20.01.2018

DSX-da 20 Yanvar faciəsi anılıb

20.01.2018

Prezident Şəhidlər Xiyabanını ziyarət edib - FOTOLAR

20.01.2018

Azərbaycanın Rusiyadan aldığı hərbi texnika - FOTOLAR+VİDEO

20.01.2018

20 Yanvar faciəsindən 28 il ötür

18.01.2018

Zərdüşt Əlizadə: “Xəlil Rza ermənilərə qarğışlar yağdırdı, nəticədə biz Qarabağı itirdik…”

18.01.2018

ABŞ prezidenti CNN-in müxbirini mətbuat konfransından qovub

17.01.2018

Administrasiyaya yeni təyin edilən şöbə müdiri kimdir? - Dosye

17.01.2018

DTX,DİN,Baş Prokurorluq və Dövlət Komitəsi arasında dini ekstremizmə qarşı Tədbirlər Planı imzalanıb

17.01.2018

Həkim iclasda baş həkimə “od püskürdü”:"Burada oturub camaata torba tikməklə məşğulsunuz" - VİDEO

17.01.2018

ABŞ-la RUSİYA ARASINDA VASİTƏÇİLİK VƏ 22 MİLYARDIN TALEYİ… –İki böyük "oyunçu"nun "sözçüsü" Nazarbayev Trampdan nə istəyəcək?

17.01.2018

Türkiyə universitetləri nə işə yarayır? – TƏHLİL

16.01.2018

"Onun təfəkkürü gic-gic şüarlardan o tərəfə keçə bilmirdi" - gənc yazar Xəlil Rza Ulutürku aşağıladı

16.01.2018

SOCAR Mənsimovun 14 gəmisini müsadirə etdi

16.01.2018

“İctimai təhlükəsizliyin təminində uğurlar qazanmışıq”

15.01.2018

Sergey Balmasov:Vaşinqton Suriyada qalmaq üçün "kürd kartı"ndan istifadə edir

15.01.2018

Rəsmi Bakı Sergey Lavrovun Qarabağ münaqişəsinin mərhələli həllinə dair açıqlamasını alqışlayır

14.01.2018

Vasif Talıbov üçün özəl gün

14.01.2018

Suriyada nələr olur? –Rus bazasına hücumu kimin təşkil etdiyi müəmma olaraq qalır - TƏHLİL

14.01.2018

Havay adalarında səhvən raket həyəcanı verilib

13.01.2018

Mehriban Əliyeva nahar hazırladı - Borş, kotlet, kökə... + Fotolar

12.01.2018

Veysəloğlu ailəsində daha bir dünya çempionu

12.01.2018

DÜNYA BRENDİ SPAR BAKIDA İLK EKSPRESS FİLİALINI AÇDI

12.01.2018

Rəsmi Moskvadan ABŞ-a sərt reaksiya - Azərbaycanla bağlı hesabata etiraz

12.01.2018

Mədət Quliyev direktora mükafat verdi

12.01.2018

Vergilər Nazirliyindən “Binə” və “Sədərək”in rəhbərlərinəZƏRBƏ, ticarətçilərə DƏSTƏK

12.01.2018

Yerevanda generalların “sxodka”sı– Müdafiə naziri Vigen Sarkisyanın “qələmi qırıldı”

12.01.2018

Əbülfəz Qarayevin Ağstafadakı işçisi icra başçısı olmaq istəyir?

12.01.2018

İlham Əliyev Davosa gedir

12.01.2018

“Sosial şəbəkələr üzərindən Azərbaycanı qarışdırmaq istəyirlər” — YAP Siyasi Şurasının üzvündən SENSASİON AÇIQLAMA

12.01.2018

“Nar” 2018-ci ildə şəbəkənin gücləndirilməsi istiqamətindəki işləri davam etdirəcək

12.01.2018

Azərbaycanda ölüm niyə cavanlaşır? - Professordan çox önəmli AÇIQLAMA

12.01.2018

“Qızıl amnistiya” gözlənilir — Millət vəkilindən ŞAD XƏBƏR

Bütün Xəbərlər

FaceBook