Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

Rus ekspert:“Hələb azad olunmaq üzrədir, Əl-Babda kürdlər və Suriya ordusunun türk qoşunu ilə toqquşması qaçılmazdır” – Təhli

Rus ekspert:“Hələb azad olunmaq üzrədir, Əl-Babda kürdlər və Suriya ordusunun türk qoşunu ilə toqquşması qaçılmazdır” – Təhli
yüklənir...

Yevgeni Krutikov

Vz.ru, 28.11.2016


ABŞ Dövlət Departamenti Tramp administrasiyasının mötədil deyilən müxalifət hissələrini taleyin ixtiyarına buraxacağından təşvişə düşüb Rusiya ilə Hələbin mühasirəsinin başa çatmasını nəzərdə tutan sazişə gəlmək cəhdlərini yerə qoymur. Lakin onun vaxtı göründüyündən də azdır: Suriya ordusu keçən bazar günü çox şeyə nail olub – Hələb “qazan” iki yerə şaqqalanıb və yaraqlıların cəbhəsi hərfi mənada “axıdıb”.

Suriya hökumət qoşunları və müttəfiqləri Hələbin şərq hissəsində uğurlu irəliləyişi davam etdirib və cümə günündən bazar ertəsi səhərinədək bir dövrdə əvvəllər cihadçıların istehkamı sayılan bir neçə məhəlləni praktik olaraq döyüşsüz tutub. Şəhərin şərq hissəsinin bir neçə “qazan”a parçalanmasını nəzərdə tutan plan təkcə hərbi deyil, həm də psixoloji nisbətdə effektli çıxıb. Şimali-şərqdə yeni, daha dar “qazan”a düşməkdən qorxan yaraqlılar kütləvi şəkildə oradan getməyə başlayıblar. Məsələn, “Fəthi-Hələb” qruplaşması Heydəriyyə məhəlləsini tərk edib və əvvələr son gülləyədək əldə saxlamağa hazırlaşdığı Bustan əl-Başa məhəlləsində geri çəkilməyi davam etdirir. Suriya qoşunları həm də Bəibdin məhəlləsinin böyük qismini nəzarətə götürüb, Candul fabriki rayonu və Əyn əl-Təl məhəlləsini azad edib.

Cihadçıların bütün cəbhəsi Hanano rayonunda elit “Pələnglər” bölməsinin hücumu nəticəsində Cəbəl yüksəkliyi və Ərd əl-Həmra rayonu ələ keçirildikdən sonra çöküb. “Pələnglər” iki gün ərzində qərb və şərq cəbhələri arasındakı məsafəni bir kilometrədək azaldıb. İndi cihadçı qruplaşmaları “doğramaq” üçün bu bir kilometrlik Sahur məhəlləsinə girmək qalır.

Hökumət qüvvələrinin hücumu (bunda “Pələnglər”dən savayı Respublika qvardiyasının hissələsri və “Səhra qartalları” iştirak edir) yaraqlıların bir hissəsi və yerli əhali içində vahimə doğurub. Humanitar dəhlizlər açılandan bəri ilk dəfə adamların şərqi Hələbdən kütləvi çıxışı haqda əminliklə danışmaq olar. Eyni zamanda yaraqlılar buna mane olmağa cəhd edir və nəzarət-buraxılış məntəqələrinin yollarını minalayırlar. 48 saat ərzində şəhərin şərq hissəsindən hökumətin nəzarət etdiyi qərb hissəsinə 2000 nəfər keçib. Əvvəlki günlərdə şərqi Hələbdən ən yaxşı halda gündə onlarla adam çıxmağa müvəffəq olurdu.

Əsasən “Fəthi-Hələb” qruplaşmasından yaraqlıların əsir düşməsi də başlanıb. Digər qruplaşma – “Ceyş əl-Fəth” Sahur məhəlləsindən qopmamağa çalışır ki, artıq heç kimin idarə etmədiyi yaraqlıların şəhərin şimali-şərq hissəsində cənuba çıxışını saxlasın. Hazırda hökumət gücləri iki tərəfdən – Hanano və Süleyman əl-Hələbidən hücum edirlər. Tikililərin bütün bu kilometri atəş nəzarəti altındadır və narahatlıq var ki, yaraqlılar onlara loyal yerli əhalini dallarınca dartaraq bundan sonra da cənuba can atsa, məsələ qırğınla başa çata bilər.

Digər tərəfdən, Dəməşq yaraqlılara amnistiyanı bir neçə həftə uzadıb. Həmin 48 saat ərzində “Fəthi-Hələb”in 50 yaraqlısı təslim olub və görünür, bu ancaq başlanğıcdır. Hökumət qaynaqları iddia edir ki, şərqi Hələbin daxilində bəzi qruplarla təslim haqda danışıqlar aparılır, lakin yaraqlıların hələlik oradan mütəşəkkil gedişi görünmür. Eyni zamanda dəqiq məlumdur ki, hökumətin düşünmək üçün bəzi şərtləri “Fəthi-Hələb”-in rəhbərliyinə çatdırılıb, cavab gəlməyib.

Cəbhənin başqa sahəsində – Xan əş-Şahda yaraqlılar artıq hökumət ultimatumunu qəbul edib, ağır silahalrı orduya təhvil vetrib, girovları azad edib və mütəşəkkil şəkildə İdlib əyalətinə sarı göndəriliblər. Dəməşq ətrafındakı anklavlarda yaraqlıların müqaviməti indi praktik olaraq kəsilib.

Rusiya HKQ Suriya HHQ ilə yanaşı açar istiqamətlərdə cihadçıların mövqelərinə hücumları davam etdirir. Xüsusən də qeyd olunur ki, Rusiya təyyarələri Xanano rayonunda Suriya ordusunun hücumuna dəstək verib ki, nəticədə onun uğurlu irəlilyişinə zəmanət yaradıb. Suriya ordusunun cümə günü yerli ölçülərə görə əlavə böyük qüvvə alması da öz rolunu oyanayıb – Əl-Bab bəndi cəbhəsinə min nəfərlik yeni briqada gəlib ki, bu da Türkiyə tərəfə hücumun tempini azaltmamaq imkanı verib.

Şeyx Nəcar sənaye zonasının ətrafında yerləşən kiçik qəsəbə və Hələbdən şimalda və şimali-qərbdə Türkiyə sərhədinə doğru avtomobil yolu boyu fermalar da tədricən azad olunur. Hücumun bu sahəsində hökumət qoşunlarına “Suriya Demokratik qüvvələri”ndən yerli kürd dəstələri dəstək verir. Tal əl-Həşhəşat qəsəbəsi məhz birgə səylərlə azad edilib və hazırda hökumət ordusu və kürdlər şimaldan onlara doğru hərəkət edən türk qoşunları ilə gec, ya tez toqquşacaqları Əl-babın, təxminən, səkkiz kilometrliyindədir.

Şərqi Hələbdə ümumən hücumun tempi o qədər sürtəli olur ki, cihadçılar sadəcə hər hansı cavab addımı atmağı çatdırmır. Eyni zamanda hökumət Dəməşqdə artıq indidən dağıdılmış şəhərin bərpası üzrə xüsusi qüvvə və bölmələr yaratmağa başlayıb – hökumətin ən yaxın vaxtlarda qaçqın kütləsinin yerləşdirilməsi ilə məşğul olmağı lazım gələcək.

“Ceyş əl-Fəth” qruplaşması öz tərəfindən şəhərin cənubi-şərq hissəsində ağıllı davranmır – görünür, onun özünümühafizə instinkti, demək olar, itib. Bu yeni, həmcə kiçik “qazan”a maksimal şəkildə yaraqlılar və onlara loyal yerlib əhali yığılsa, sonrakı itkiləri cüziləşdirmək son dərəcə çətin olacaq.
strateqскачать dle 10.6фильмы бесплатно

Teqlər:
yüklənir...

XƏBƏR LENTİ

20.01.2018

DSX-da 20 Yanvar faciəsi anılıb

20.01.2018

Prezident Şəhidlər Xiyabanını ziyarət edib - FOTOLAR

20.01.2018

Azərbaycanın Rusiyadan aldığı hərbi texnika - FOTOLAR+VİDEO

20.01.2018

20 Yanvar faciəsindən 28 il ötür

18.01.2018

Zərdüşt Əlizadə: “Xəlil Rza ermənilərə qarğışlar yağdırdı, nəticədə biz Qarabağı itirdik…”

18.01.2018

ABŞ prezidenti CNN-in müxbirini mətbuat konfransından qovub

17.01.2018

Administrasiyaya yeni təyin edilən şöbə müdiri kimdir? - Dosye

17.01.2018

DTX,DİN,Baş Prokurorluq və Dövlət Komitəsi arasında dini ekstremizmə qarşı Tədbirlər Planı imzalanıb

17.01.2018

Həkim iclasda baş həkimə “od püskürdü”:"Burada oturub camaata torba tikməklə məşğulsunuz" - VİDEO

17.01.2018

ABŞ-la RUSİYA ARASINDA VASİTƏÇİLİK VƏ 22 MİLYARDIN TALEYİ… –İki böyük "oyunçu"nun "sözçüsü" Nazarbayev Trampdan nə istəyəcək?

17.01.2018

Türkiyə universitetləri nə işə yarayır? – TƏHLİL

16.01.2018

"Onun təfəkkürü gic-gic şüarlardan o tərəfə keçə bilmirdi" - gənc yazar Xəlil Rza Ulutürku aşağıladı

16.01.2018

SOCAR Mənsimovun 14 gəmisini müsadirə etdi

16.01.2018

“İctimai təhlükəsizliyin təminində uğurlar qazanmışıq”

15.01.2018

Sergey Balmasov:Vaşinqton Suriyada qalmaq üçün "kürd kartı"ndan istifadə edir

15.01.2018

Rəsmi Bakı Sergey Lavrovun Qarabağ münaqişəsinin mərhələli həllinə dair açıqlamasını alqışlayır

14.01.2018

Vasif Talıbov üçün özəl gün

14.01.2018

Suriyada nələr olur? –Rus bazasına hücumu kimin təşkil etdiyi müəmma olaraq qalır - TƏHLİL

14.01.2018

Havay adalarında səhvən raket həyəcanı verilib

13.01.2018

Mehriban Əliyeva nahar hazırladı - Borş, kotlet, kökə... + Fotolar

12.01.2018

Veysəloğlu ailəsində daha bir dünya çempionu

12.01.2018

DÜNYA BRENDİ SPAR BAKIDA İLK EKSPRESS FİLİALINI AÇDI

12.01.2018

Rəsmi Moskvadan ABŞ-a sərt reaksiya - Azərbaycanla bağlı hesabata etiraz

12.01.2018

Mədət Quliyev direktora mükafat verdi

12.01.2018

Vergilər Nazirliyindən “Binə” və “Sədərək”in rəhbərlərinəZƏRBƏ, ticarətçilərə DƏSTƏK

12.01.2018

Yerevanda generalların “sxodka”sı– Müdafiə naziri Vigen Sarkisyanın “qələmi qırıldı”

12.01.2018

Əbülfəz Qarayevin Ağstafadakı işçisi icra başçısı olmaq istəyir?

12.01.2018

İlham Əliyev Davosa gedir

12.01.2018

“Sosial şəbəkələr üzərindən Azərbaycanı qarışdırmaq istəyirlər” — YAP Siyasi Şurasının üzvündən SENSASİON AÇIQLAMA

12.01.2018

“Nar” 2018-ci ildə şəbəkənin gücləndirilməsi istiqamətindəki işləri davam etdirəcək

12.01.2018

Azərbaycanda ölüm niyə cavanlaşır? - Professordan çox önəmli AÇIQLAMA

12.01.2018

“Qızıl amnistiya” gözlənilir — Millət vəkilindən ŞAD XƏBƏR

Bütün Xəbərlər

FaceBook